İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO

Hazırda oxunan: İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO
609429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-İran müharibəsinin başlaması və Hörmüz boğazının bağlanmasından sonra dünyanın bir çox ölkəsində benzin qiymətlərində ciddi artım qeydə alınıb.

Bizim.Media xəbər verir ki, yayılan infoqrafikdə fevralın 23-dən aprelin 13-dək benzin qiymətlərinin ən çox artdığı 20 ölkə göstərilib.

Məlumata görə, ən böyük bahalaşma Myanmada qeydə alınıb. Bu ölkədə benzin qiyməti 101,1 faiz artaraq orta hesabla 1 litr üçün 1,58 dollara çatıb.

İkinci yerdə Filippin qərarlaşıb. Burada benzin 72,6 faiz bahalaşıb və orta qiymət 1 litr üçün 1,61 dollar olub.

Malayziyada qiymət artımı 68,1 faiz təşkil edib. Bu ölkədə benzinin orta qiyməti 1 litr üçün 1,07 dollar göstərilir.

Siyahıda Laos, Zimbabve, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Kamboca, Nepal və Panama da ilk onluqda yer alıb.

İnfoqrafikə əsasən, ABŞ-da da benzin qiymətlərində 35,1 faizlik artım qeydə alınıb. Burada orta qiymət 1 litr üçün 1,18 dollar təşkil edib.

Həmçinin Qvatemala, Tanzaniya, Peru, Malavi, Yeni Zelandiya, Şri-Lanka, Livan, Lesoto və Hondurasda da yanacaq qiymətlərində ciddi bahalaşma baş verib.

Qeyd olunur ki, göstəricilər “Octane-95” markalı benzin və ona ekvivalent yanacaq növləri üzrə hesablanıb. Məlumatlar 2026-cı il aprelin 13-nə olan vəziyyəti əks etdirir.

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO