Trampa sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlandı - FOTO/VİDEO

Trampa sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlandı - FOTO/VİDEO

Hazırda oxunan: Trampa sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlandı - FOTO/VİDEO

609387

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən tədbirdə baş verən atışma ilə bağlı yeni detallar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO


Bizim.Media xəbər verir ki, “New York Post” insidentin Vaşinqtondakı “Washington Hilton” otelinin bal zalının girişində, tədbirdən əvvəl son yoxlama məntəqəsi zonasında baş verdiyini yazıb.

Polisin məlumatına görə, hücum edən şəxs nəzarət məntəqəsinə doğru irəliləyərək atəş açıb. Bundan sonra o, təxminən 2500 qonağın və ABŞ Prezidentinin olduğu zala tərəf hərəkət etməyə cəhd göstərib.

Kolumbiya dairəsi polisinin rəhbəri Cefri Kerrollun sözlərinə görə, şübhəlinin üzərində ov tüfəngi, tapança və bir neçə bıçaq olub.

Qeyd olunur ki, həmin ərazidə arabalar saxlanılırdı və nəzarət yox idi. Silahı onun çantadan çıxardığı ehtimal edilir.
 

Məlumata görə, şübhəli şəxs zalın girişində atəş açıb. Hadisə zamanı 4-dən 8-dək atəş səsi eşidilib, ABŞ Məxfi Xidmətinin əməkdaşı yaralanıb. Bundan sonra agentlər zalı təxliyə edib, hücum edən şəxs isə hadisə yerində saxlanılıb.


İstintaqın ilkin nəticələrinə əsasən, o, təkbaşına hərəkət edib. Şübhəliyə qarşı ittihamlar irəli sürülüb.

Mənbələrin məlumatına görə, saxlanılan şəxs Kaliforniyadan olan 31 yaşlı Koul Allendir. Onun C2 Education şirkətində müəllim işlədiyi və daha əvvəl Kaliforniya Texnologiya İnstitutunda maşınqayırma ixtisası üzrə təhsil aldığı bildirilir.

Qonşuları onu qapalı insan kimi xarakterizə ediblər. Onun psixoloji problemlərinin ola biləcəyi ehtimal edilir. Hücumun motivləri isə rəsmi olaraq hələ müəyyənləşdirilməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO