Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO

Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO

Hazırda oxunan: Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO
609389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ordusu gecə saatlarında Odessa vilayətində liman infrastrukturuna hücum edib.

Bizim.Media xəbər verir ki, zərbə nəticəsində liman ərazisində texnoloji avadanlıqlar, yağ çənləri və yük nəqliyyatı zədələnib.

Hadisə yerində yanğınlar baş verib. Məlumata görə, yanğınlar artıq söndürülüb.
 

Ukraynanın baş nazirinin bərpa məsələləri üzrə müavini Aleksey Kulebanın sözlərinə görə, hücum zamanı Palau bayrağı altında üzən mülki gəmi də zədələnib. Gəminin yük götürmək üçün limana gəldiyi bildirilir.


Bundan başqa, şəhərdə beşmərtəbəli yaşayış binasına və sənaye infrastrukturu obyektinə də ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya Ukrayna ərazisinə 144 PUA buraxıb. Onlardan 124-nün vurulduğu açıqlanıb.

Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO - foto 1
Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO - foto 2
Rusiya Odessa vilayətində liman infrastrukturuna hücum etdi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO