ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda onun iştirakı ilə keçirilən tədbirdə baş verən atışmadan sonra brifinq keçirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO
Bizim.Media xəbər verir ki, jurnalistlər brifinq zamanı Trampa hadisənin mümkün motivləri ilə bağlı suallar ünvanlayıblar.
Jurnalistin “Bu atışmanın İrandakı müharibə ilə əlaqəli ola biləcəyini düşünmək üçün əsas varmı?” sualına Tramp belə cavab verib:
“Mən belə düşünmürəm, amma kim bilir”.
ABŞ liderindən onun hədəf olub-olmadığı da soruşulub.
“Məncə, bu insanlar dəlidir. Bunu heç vaxt dəqiq bilmək olmur”, - deyə Tramp bildirib.
Prezident hadisəni törədən şəxslə bağlı ilkin təəssüratını da açıqlayıb.
“Mənim təəssüratıma görə, o, təkbaşına hərəkət edən psixopat idi. Bunlar dəli insanlardır və onlarla məşğul olmaq lazımdır”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən qəbul zamanı atışma baş verib. İnsidentdən sonra Tramp təhlükəsizlik əməkdaşları tərəfindən təxliyə olunub, şübhəli şəxs isə saxlanılıb.
Bizim.Media




































































































