Ukrayna, Böyük Britaniya və Avropa İttifaqı Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən atışmaya münasibət bildiriblər.
Bizim.Media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hadisəni pisləyib.
“Biz Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışmanı qınayırıq. Prezident Trampın, vitse-prezident Vensin və digər iştirakçıların xəsarət almamasından məmnunuq. Bu cür zorakılığa heç bir bəraət qazandırıla bilməz və demokratik cəmiyyətdə buna yer olmamalıdır”, - deyə Sibiqa bildirib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer də Vaşinqtondakı insidentə reaksiya verib. O, hadisədən sarsıldığını bildirib.
“Dünən gecə Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verənlər məni sarsıtdı. Demokratik institutlara və ya mətbuat azadlığına istənilən hücum ən qəti şəkildə pislənməlidir. ABŞ Prezidenti, birinci xanım və bütün iştirakçıların təhlükəsiz olması böyük rahatlıqdır”, - deyə Starmer qeyd edib.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da hadisə ilə bağlı açıqlama yayıb.
“Prezident Tramp da daxil olmaqla, tədbirdə iştirak edən hər kəsin Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışmadan sonra təhlükəsiz olmasından məmnunuq. Demokratiyada siyasi zorakılığa yer yoxdur”, - deyə Kallas vurğulayıb.
Qeyd edək ki, atışma Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən tədbir zamanı baş verib. Hadisədən sonra Prezident Donald Tramp təhlükəsiz yerə aparılıb, şübhəli şəxs isə saxlanılıb.
İnsidentlə bağlı araşdırma davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:03 / 26.04.2026
Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi
Hazırda oxunan: Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi
Hazırda oxunan: Ukrayna, Britaniya və Avropa İttifaqı Trampın iştirak etdiyi tədbirdə atışmanı pislədi
609423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































