
- A-
- A
- A+
Ekskluziv
23:07 / 09.03.2023
5 dəq oxunma
İsraildə infarkta qarşı peyvənd işlənib hazırlanır... - KARDİOLOGİYADA İNQİLAB
Hazırda oxunan: İsraildə infarkta qarşı peyvənd işlənib hazırlanır... - KARDİOLOGİYADA İNQİLAB
609396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Müasir dövrdə ürək çatışmazlığı epidemiya xarakteri alıb, çünki infarkt zamanı miokard hüceyrələri tələf olur və onları bərpa etmək mümkün deyil..."
"Biz siçan ürəklərinin əbədi cavanlıq mənbəyini, onları cavan və güclü etmək üsulunu tapmışıq..."
Tədqiqat hələ yenicə başlanıb, lakin o, kardiologiyada dönüşə səbəb ola bilər
Təsəvvür edin ki, gənc insan peyvənd alır və bütün həyatı boyu infarktın nəticələrindən qorunur. Bu, fantastika kimi görünə bilər, lakin İsraildə Veytsman adına Elmi-Tədqiqat İstitutunda bunun üçün ilk addım atılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Research Nature Cardiovasculyar" jurnalında dərc edilən məqalədə deyilir. Məlumatı "vesty.co" nəşri yayıb.
Professor Eldada Tsaxorun rəhbərliyi altında hüceyrə laboratoriyasında ürək toxumalarının regenerasiyasının inqilabi metodu işlənib hazırlanır. Hər şey bundan sonra da İsrail alimlərinin planı üzrə gedərsə, peyvəndə oxşar profilaktik vasitə yaradılacaq və bu, uzun illər insanları infarktın nəticələrindən qoruyacaq.
Ürək-damar xəstəlikləri müasir dövrdə ölüm hallarının başlıca səbəbinə çevrilib. Lakin başqa xəstəliklərdən fərqli olaraq, ona qarşı orqanizmin möhkəmləndirilməsi üçün üsul mövcud deyil.
Lakin professor Tsaxorun laboratoriyasında sağlam siçanların orqanizmində elə mexanizm işlənib ki, bir neçə aydan sonra ötüb keçən infarktın öhdəsindən gəlməyə imkan verir.
Alimlər aydınlaşdırıb ki, bu metoddan tibbi praktikada istifadə edilməsinə hələ çox var. Lakin onların "Research Nature Cardiovascular" jurnalında dərc edilən kəşfləri ürəyin və ola bilsin ki, digər orqanların fuksiyasının onların zədələnməsindən xeyli öncə müdaxilə yolu ilə bərpası barədə bilikləri genişləndirir.
"Bu kəşf infarktın ürək toxumaları üçün nəticələrinin profilaktik müalicəsinin gələcək tədqiqatlarının istiqamətini müəyyən edir", - prof. Tsaxor deyir.
Onun laboratoriyasında d-r Avraam Şakedin rəhbərlik etdiyi tədqiqatda hüceyrələrin bölünməsini stimulə edən ErbB2 genin yüksək ekspressiyası olan genetik cəhətdən modifikasiya edilmiş siçanların öyrənilməsinə diqqət yetirilib.
Həmin laboratoriyada əvvəlki tədiqatlarda göstərilib ki, bu genin ekspressiyası yaşlı növün miokardının hüceyrələrinin bölünməsi və yenilənməsinə kömək edir. Adətən, bu qabiliyyət yaranandan sonra itirilir.
"Hüceyrələr ixtisaslaşdıqca bölünmə qabiliyyətini itirir, - d-r Şaked deyir. - İxtisaslaşması olmayan kötük hüceyrələr differensiasiya edərək (spesifik xüsusiyyətlər və funksiyalar əldə edir) neyronlara, miositlərə, buynuz hüceyrələrinə çevrilir. İxtisaslaşdıqdan sonra hüceyrələr spesifik funksiyaların icrasında yüksək effektivlik əldə edir, lakin bölünmə qabiliyyətini itirir, nəticədə onların yaratdığı toxumalar təbii yolla yenilənmir".
Zədələnmiş miokard bərpa edilmir
Bu, infarktın dağıdıcı nəticələrinin səbəblərindən biridir. Qan təchizatı pozulanda miokardın çoxlu sayda hüceyrələri tələf olur və onlar bərpa olunmur. Nəticədə insanlarda xroniki ürək çatışmazlığı inkişaf edir və ömür qısalır.
İnfarkt keçirmiş siçanlarda ErbB2 geninin aktivləşdirilməsi zədələnən toxumaların regenerasiyasına gətirib çıxarır. Lakin problem də var: bu genin yüksək ekspressiyası ürəyin işini pozur, onun hüceyrələri yığılma qabiliyyətini itirir.
Başqa sözlə desək, onlar differensiasiya prosesinin əksini (dedifferensiasiya) keçir, dölün ürəyindəki kimi daha az ixtisaslaşmış olur. Lakin bu genin aktivləşdirilməsi başa çatır, onlar yenidən differensiasiya edir və ürək əzələlərinin normal işi bərpa edilir.
Alimlər ErbB2-nin köməyilə belə "cavanlaşma" prosesini keçən ürəkdə nə baş verdiyini və miokard hüceyrələrinin təkrar differensiasiyasının və onun funksiyasının necə bərpa edildiyini aydınlaşdırmaq qərarına gəlib.
Baxmayaraq ki, siçanların cavanlaşmış ürəkləri ilə nəzarət qrupu heyvanlarının ürəkləri arasında funksiya baxımından böyük fərq olmayıb, d-r Şaked onlarda əhəmiyyətli genetik dəyişikliklər aşkar edib.
"Biz müəyyən etmişik ki, ErbB2 geninin ayrılmasından sonra hüceyrələr əvvəlki vəziyyətə dönür. Lakin biz gördük ki, bəzi genlərin ekspressiyası ErbB2-nin aktivləşdirilməsindən öncə daha güclü olub, genlərin bir hissəsində isə o, zəifləyib. Biz uzunmüddətli effektləri aşkar etmişik".
Prof.Tsaxor və d-r Şaked sual edib: ErbB2-nin ürəyin funksional göstəricilərinin yaxşılaşdırılması üçün aktivləşdirilməsini dozalaşdırmaq olarmı? "Biz belə hipotez irəli sürdük ki, ErbB2 təkcə hüceyrələrin differensiyasını ləğv etmir, həm də onları cavanlaşdırır və zədələnmələrə daha davamlı edir", - prof. Tsaxor deyib.
Öz gümanlarını yoxlamaq üçün alimlər bir sıra eksperiment aparıb. Siçanlarda infark yaradıb və ErbB2 geninin aktivləşdirilməsi yolu ilə reabilitasiya aparmaq əvəzinə, onlar bu geni bir neçə həftəyə aktivləşdirib sonra ayırıblar.
Bir müddətdən sonra onlar siçanlarda infarkt yaradıb. Genin aktivləşdirilməsi proseduruna məruz qalan heyvanlarda ürək infarktdan sonra nəzarət qrupundan olan heyvanlara nisbətən daha yaxşı işləyib.
"Nəticələr bizim özümüz üçün də xoş olub, - prof. Tsaxor deyib. - Biz siçan ürəklərinin əbədi cavanlıq mənbəyini, onları cavan və güclü etmək üsulunu tapmışıq".
Alimlər müəyyən edib ki, 3 yaşınadək siçanda ErbB2 genini aktivləşdirsək, onun ürəyi infarkt səbəbindən ağır zədələnmədən sonra 5 aydan sonra bərpa edilir. "Əgər bunu insanın yaşına çevirsək, belə çıxır ki, 18⁶ yaşda profilaktik müdaxilə edilərsə, insan 50 yaşında keçirdiyi infarktdan sonra daha asan bərpa olunur", - prof. Tsaxor deyib.
"Söhbət ən erkən mərhələdə olan tədqiqatdan gedir, lakin onlar böyük maraq doğurur, - İsrailin tanınmış kardioloqu prof. Yequda Adler deyib. - Müasir dövrdə ürək çatışmazlığı epidemiya xarakteri alıb, çünki infarkt zamanı miokard hüceyrələri tələf olur və onları bərpa etmək mümkün deyil.
Əgər zədələnmiş miokard toxumalarının heç olmasa qismən regenerasiyası mümkün olacaqsa, bu, böyük sıçrayış olacaq. Bu tədqiqatları davam etdirmək lazımdır və əgər onların nəticələri kliniki praktikaya daxil ediləcəksə, kardiologiyada əsl inqilab baş verəcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



























































































