Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə keçirilən şam yeməyində baş verən atışmanın şahidi olub.
Bizim.Media xəbər verir ki, Stefanişina bu barədə “Facebook” hesabında paylaşım edib.
“ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdi. ABŞ Prezidenti və birinci xanımın vəziyyəti yaxşıdır. Ukraynalıların yanında olanların bəxti gətirdi. Atıcı otağa daxil olmağa çalışarkən zərərsizləşdirildi. Foto hadisədən bir dəqiqə əvvəl və sonra çəkilib”, - deyə səfir yazıb.
O, hadisə zamanı çəkilən fotonu da yayımlayıb. Şəkildə Stefanişinanın digər qonaqlarla birlikdə masanın altında oturduğu görünür. Kadrlardan zalda təşviş və gərginlik yaşandığı məlum olur.
Qeyd edək ki, Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən qəbul zamanı atışma baş verib. Hadisədən sonra ABŞ Prezidenti Donald Tramp və birinci xanım təhlükəsiz yerə aparılıb.
Şübhəli şəxs hadisə yerində saxlanılıb. İnsidentlə bağlı araşdırma davam etdirilir.


Bizim.Media




































































































