“Kurtlar vadisi”nin Leylasına 1 milyonluq təklif

“Kurtlar vadisi”nin Leylasına 1 milyonluq təklif

Hazırda oxunan: “Kurtlar vadisi”nin Leylasına 1 milyonluq təklif

53085
Türkiyənin ən uzunömürlü fenomen serial “Kurtlar vadisi”nin aktrisasına milyonluq təklif gəlib. İzlənmə rekordları qıran "Kurtlar Vadisi Pusu"dakı prokuror Leyla obrazını canlandıran Çiydəm Batura təklif ərəblərdən edilib. 

Ərəb mobil operatorlarından biri gözəl ulduza şirkətin marka üzü olması üçün 1 milyon türk lirəsi (360 min AZN) pul təklif edib. Şirkət aktrisadan müntəzəm olaraq hər ay yığıncaqlara da qatılmasını istəyib. Çiydəm Baturun bu təklifə hələlik bir cavab vermədiyi bildirilir.

Ümumilikdə türk ulduzların Yaxın Şərq tamaşaçılarının rəğbətini qazanması şirkətlərin Türkiyə bazarındakı aktyorlara yönəlməsinə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Bülent İnal kimi tanınmış türk aktyorları ərəblərin müxtəlif reklamlarında rol alıb. 


anspress

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO