Ərdoğan: “Türkiyə, Ermənistan və Azərbaycan arasındakı məsələləri həll etmək istəyirik”

Ərdoğan: “Türkiyə, Ermənistan və Azərbaycan arasındakı məsələləri həll etmək istəyirik”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə, Ermənistan və Azərbaycan arasındakı məsələləri həll etmək istəyirik”
97881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulmasının təməli olan tam normallaşma ilə bağlı hədəflərimizə çatacağımıza inanıram. Türkiyə, Ermənistan və Azərbaycan arasındakı əlaqələri tezliklə intensivləşdirib bu məsələni həll etmək istəyirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çex Respublikasının Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı ilə bağlı keçirdiyi mətbuat konfransında ifadə edib.

“Avropa siyasi birliyi” Zirvə Toplantısındakı müzakirələr, Türkiyənin mövcud proseslərə sərgilədiyi dəyişməz mövqeyi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlər və rəsmi Ankaranın vasitəçilik missiyasının nəticələri, Kipr böhranının həlli, eyni zamanda, Ermənistanın baş naziri ilə keçirdiyi görüşdən bəhs edən Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, heç də hər zaman ədalətli mövqedə olmayan bəzi Avropa ölkələri artıq gerçəklikləri qəbul etməyə başlayıblar.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO