Əli Həsənov Azərbaycana gətirilib

Hazırda oxunan: Əli Həsənov Azərbaycana gətirilib

8848

Bizim.Media-nın əldə etdiyi məlumata görə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib.

Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə getmişdi. Mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirən Əli Həsənov bu günə qədər xaricdə yaşamaqda və fəaliyyət göstərməkdə idi.

 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovu həbsxanaya aparan yol - iftiraçı məmur obrazının arxasında nələr var

Əli Həsənovun mənimsədiyi əmlak müəmması - ARAŞDIRMA 



Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlanmışdı.

Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlmişdi. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan 5 milyon manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun sağ əli idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO