ICESCO Baş katibinin Azərbaycan səfəri İran mətbuatının gündəmini zəbt etdi

ICESCO Baş katibinin Azərbaycan səfəri İran mətbuatının gündəmini zəbt etdi

Hazırda oxunan: ICESCO Baş katibinin Azərbaycan səfəri İran mətbuatının gündəmini zəbt etdi

8494

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlarda tarixi və mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, İranın bəzi elektron KİV-i ICESCO-nun baş direktorunun Azərbaycan səfərini diqqətdə saxlayaraq xəbər dərc ediblər.

İQNA və Qafqaz.ir saytlarında dərc olunan xəbərlərdə deyilir ki, Səlim bin Məhəmməd əl-Maliki erməni işğalından azad edilmiş Ağdam rayonunda XIX əsrin abidəsi olan Ağdam məscidinin vəziyyəti ilə maraqlanıb və dağıdılmış rayon muzeyinə baxıb.

Azərbaycan rəsmiləri ilə işğaldan azad olunan rayonlardakı tarix və mədəniyyət abidələrinin dağıntılarına baxdıqdan sonra ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO