Üçtərəfli görüş üç saatdan çoxdur davam edir -  TAM VİDEO

Üçtərəfli görüş üç saatdan çoxdur davam edir -  TAM VİDEO

Hazırda oxunan: Üçtərəfli görüş üç saatdan çoxdur davam edir -  TAM VİDEO

8107

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı bütün məsələlərdə ATƏT-in Minsk qrupunun prinsiplərinə əməl etdiyini söyləyib.

"Eyni zamanda qeyd etmək istərdim ki, Rusiya bütün məsələlərdə ATƏT-in Minsk Qrupunda əldə olunan əsas yenilikləri izləyib. Biz tərəfdaşlarımızla, Minsk Qrupunun sədrləri ilə hərəkətlərimizi mütəmadi olaraq yoxlayırıq".

Putin bunu İlham Əliyev və Paşinyanla görüşündə deyib.

***

Görüş zamanı Vladimir Putin bildirib ki, Qarabağda tezliklə yenidənqurma işləri başlayacaq.

“Qarabağdakı yenidənqurma işləri ilə Rusiya, Ermənistan və Azərbaycanın baş naziri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli  işçi qrupu məşğul olacaq”,- deyə o, bildirib.

***

Rusiya prezidenti Vladimir Putin Qarabağı müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana minnətdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Putin qeyd edib ki, Rusiyanın vasitəçiliyi əsasən Qarabağda hərbi əməliyyatların dayandırılmasına yönəlib.

O, hazırda bölgədə vəziyyətin stabil olduğunu vurğulayıb: “Hazırda 48 mindən çox erməni geri Qarabağa qayıdıb”

Rusiya prezidentinin fikrincə, onun İlham Əliyev və Paşinyanla görüşü münbit olacaq və bu, nəticədə Qarabağ probleminə kömək edəcək.

***

Bu dəqiqələrdə Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti "agentliyi yayıb.

Qeyd edək ki, Kremldə baş tutan görüşün təşəbbüskarı Putindir.

Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər.

Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO