
- A-
- A
- A+
Bu ölkənin prezidenti Azərbaycana yola düşdü – Bakıda bir sıra sənədlər imzalanacaq
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb.
Bizim.Media dövlət başçısının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məslisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq, işgüzar dairələr nümayəndələri ilə görüş keçirəcək.
Danışıqlarda iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə iki və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Həmçinin bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Qırğız Respublikası nümayəndə heyətində xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Jeyenbek Qulubayev, kənd təsərrüfatı naziri Əsgərbek Canıbekov, rəqəmli inkişaf naziri Talantbek İmanov, nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, iqtisadiyyat naziri Daniyar Amangəldiyev var.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































