Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq

Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq

Hazırda oxunan: Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
632637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək”.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Müttəfiqliyimiz iki qardaş xalqın çoxəsrlik ümumi tarixinə və mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bizim borcumuz bu zəngin irsi diqqətlə qorumaq və daha da zənginləşdirmək, qarşılıqlı mədəniyyət günlərini mütəmadi olaraq və lazımi səviyyədə keçirməkdir. Üstəlik, belə tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin regionlarında da təşkil edilməlidir.
 

Bu gün birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacaq və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start verəcəyik. Xalqlarımızın daha da yaxınlaşması məqsədilə İlham Heydaroviçlə dar tərkibdə müzakirə etdik və “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsini təklif edirik. Bu, xalqlarımızın, xüsusilə də gənclərin yaxınlaşması üçün çox yaxşı nümunə olacaq.


Bu, başlanğıc kimi qəbul edilməlidir. Xalqlarımızın tarixi və yaxınlaşması haqqında belə filmlərdən ibarət silsilə yaratmalıyıq. Bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı ali məktəblərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik.”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO