“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

Hazırda oxunan: “Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO
622920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 2-də Şuşa şəhəri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən qala uzun illər boyu şəhəri xarici hücumlardan qoruyaraq onun alınmazlıq rəmzinə çevrilib. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilib.


Daha sonra konqres iştirakçıları Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhərinin mərkəzi meydanını ziyarət ediblər.

Səfər çərçivəsində qonaqlar Xurşidbanu Natəvanın ev-muzeyi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı ilə də tanış olublar.

Qonaqlara bildirilib ki, Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərin tarixi-mədəni irsinin qorunması ilə yanaşı, onun beynəlxalq mədəniyyət və elm mərkəzi kimi inkişafına da xidmət edir.

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 1
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 2
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 3
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 4
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 5
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 6
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 7
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 8
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 9
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO