Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə edib.
Bizim.Media xəbər verir ki, daha əvvəl - ötən ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı da oxşar hadisə yaşanmışdı.
Q.Berdiməhəmmədov İ.Əliyev ilə birlikdə Cıdır düzündə Qarabağ atlarının təqdimatında iştirak etmişdi. Həmin vaxt Türkmənistan Xalq Məsləhətinin sədrinə “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.
Qısa müddət ərzində həm ata, həm də oğula hədiyyə edilən atların adları da diqqət çəkir.
Azərbaycanın milli sərvətlərindən hesab olunan bu atlar iki ölkə arasında dostluq münasibətlərinin növbəti ifadəsi kimi dəyərləndirilir.




Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:13 / 23.06.2026
“Dostluq” atasına verilmişdi- “Mərd” isə oğlunun oldu - Fotolar
Hazırda oxunan: “Dostluq” atasına verilmişdi- “Mərd” isə oğlunun oldu - Fotolar
Hazırda oxunan: “Dostluq” atasına verilmişdi- “Mərd” isə oğlunun oldu - Fotolar
621085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































