Gürcüstandakı səfirimiz bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə görüşdü

Gürcüstandakı səfirimiz bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə görüşdü

Hazırda oxunan: Gürcüstandakı səfirimiz bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi ilə görüşdü

615101

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Geka Geladze ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan məlumat verilib.

Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı müzakirə ediblər.

Təhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkənin təhlükəsizlik xidmətləri arasındakı mövcud güclü əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO