Mixail Qusman: Biz Prezident İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirik

Mixail Qusman: Biz Prezident İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirik

Hazırda oxunan: Mixail Qusman: Biz Prezident İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirik

613666

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsi Azərbaycanın, paytaxt Bakının və ölkə rəhbərliyinin yüksək beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Bizim.Media xəbər verir ki, bu fikrləri AZƏRTAC-a açıqlaması zamanı TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazilərin bərpası və inkişafı sahəsində qazandığı təcrübə beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.

“Bu təcrübə xüsusilə son illərdə - Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən sonra azad edilmiş ərazilərin bərpasına böyük diqqət ayırdığı dövrdə özünü daha qabarıq şəkildə göstərib. Forumda BMT-yə üzv olan demək olar ki, bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiya və şəhər mühitinin inkişafı məsələlərinin qlobal xarakter daşıdığını göstərir. Hər bir ölkənin bu sahədə öz problemləri var. Təcrübə mübadiləsi aparmaq, insanların həyatını necə daha yaxşı etmək barədə müzakirələr isə əslində bəşəriyyətin və Birləşmiş Millətlər Təşkilatının ümumi vəzifəsidir”, — deyə M.Qusman vurğulayıb.
 

Mixail Qusman Prezident İlham Əliyevin UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşünü və Azərbaycanla BMT arasında sazişin imzalanmasının əhəmiyyətini də qeyd edib: “Bu, Azərbaycanın mövqeyinin BMT üçün nə qədər vacib olduğunu göstərir. Azərbaycanın bu sahədə rolu və yeri olduqca böyükdür.


Forum işə yeni başlasa da, artıq böyük beynəlxalq maraq doğurub. Biz Prezident İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirik. Hesab edirəm ki, həmin çıxış strateji istiqamətləri müəyyənləşdirəcək və Azərbaycan dünya ictimaiyyəti ilə bu sahədə işin necə təkmilləşdirilməsi barədə baxışlarını bölüşəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO