“Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər möhkəm təmələ əsaslanır və zəngin potensiala malikdir.Təəssüflə qeyd olunmalıdır ki, ölkəmizdə və regionda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur və bu proses uzun illərdir davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr qərəzli xarakter daşıyır, ikili standartalara əsaslanır. Bu səbəblər real vəziyyəti əks etdirmir, çox vaxt Azərbaycanın qanuni maraqlarının pozulmasına yönəlib. Görünüən odur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafaraova parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Spiker bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənib:
“2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Bütün bunlar həmin qurumun əslində hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər. Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozub. Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və şübhəsiz ki, məsələ barəsində qəti mövqeyini bildirəcək”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:36 / 01.05.2026
Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”
Hazırda oxunan: Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”
Hazırda oxunan: Spiker: “2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycana qarşı 13 qətnamə qəbul edib”
610519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































