Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO
605466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.

Bizim.Media xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.

Muzeyin “Gürcüstanda Daş dövrü” ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb.

Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. “Arxeoloji xəzinə” ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.
 

Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir.


Kolleksiyaya klassik elementlərin, xüsusilə “Xətai” və “Çələbi” motivlərinin müasir kompozisiyada sintezi olan “Naxçıvan”, Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən “Açma-yumma”, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan “Qarabağ”, “Bəndi-Rumi” kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan “Ovçuluq” və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan “Pazırık” xalçaları daxildir.

Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirdi.

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 1
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 2
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 3
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 4
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 5
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 6
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO