“SSRİ söhbəti çox gülünc məsələdir, nəylə axı?” - Fazil Mustafa

Hazırda oxunan: “SSRİ söhbəti çox gülünc məsələdir, nəylə axı?” - Fazil Mustafa

54822

“SSRİ-nin bərpası real deyil. Həm də hər hansı şəkildə bunu gerçəkləşdirmək Rusiyanın imkanları xaricindədir”, - sözləri ilə şərhinə başlayan millət vəkili Fazil Mustafa əlavə edib ki, qoşunlar Qazaxıstandan da çıxacaq. Sadəcə, Qazaxıstanın müəyyən birlik formasında Rusiya ilə eyni xətdtə olması mümkündür:

“Bu mənasız bir şeydir. Əslində biz Müstəqil Dövlətlər Birliyinin də formal xarakter daşıdığını görmüşük. Ona görə də, hansı yeni model olursa-olsun onun arxasında iqtisadi təməl olmayanda həmin nümunə inkişaf etməyəcək”.

Bizim.Media ilə özəl dialoq zamanı Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Qazaxıstandakı hadisələrin sosial narazılıq fonunda baş verdiyini xatırladıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu: “SSRİ bərpa olunsun” deyənlərin dilini çıxartmaq lazımdır”


Deputatın sözlərinə görə, Rusiya gəlib Qazaxıstanda vəziyyəti düzəldə - qazın qiymətini aşağı sala bilməyəcək. Yəni, situasiya dəyişməyəcək:

“Rusiyanın özü aclıq içindədir. Orada yaşayış səviyyəsi aşağı düşüb. Bununla SSRİ bərpa eləmək olmaz. Sovet İttifaqının bərpa məsələləri Rusiyanın Amerikaya qarşı manevrləridir. Bunu əsasən Ukrayna üzərindən gerçəkləşdirməyə çalışdılar. Amma Ukrayna ilə bağlı ciddi dirənişlə qarşılaşıblar. Qərb də özü üçün bunu geri addım atılmayacaq bir mövzu sayır. 

Rusiya problemləri həll edəcək qüdrətə sahib olmasa da, problem yaratmağa çalışır. Yoxsa problem həll edəcək imkana sahib deyil. SSRİ-nin bərpası da bir problemi həll eləməkdir.


Amma nə ilə həll edəsən? Hansı resurslarla? Ona görə də, belə məsələlərə görə narahat olmağa dəyməz. Çalışmalıyıq ki, Azərbaycan mühitində bu cür xoflu, psevdogələcəyi aşılamasınlar. Cəmiyyətimiz diqqətli və ehtiyatlı olmalıdır. Müstəqilliyimizin qorunması istiqamətində daha böyük səfərbərlik göstərilməlidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO