Allahşükür Paşazadə Rusiya Patriarxına rəsm əsəri hədiyyə etdi – FOTO 

Hazırda oxunan: Allahşükür Paşazadə Rusiya Patriarxına rəsm əsəri hədiyyə etdi – FOTO 

41324

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

Bizim.Media xəbər verir ki, Moskvadakı Müqəddəs Danil Monastrında keçirilən görüşdə mətbuat nümayəndələri iştirak etmir. Buna səbəb koronavirusla bağlı pandemiya qaydalarıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni katolikosu yenə Rusiyanın köməyinə ümid edir – Paşazadə ilə GÖRÜŞÜN DETALLARI 


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.Həmçinin, ona səfərlə bağlı dəvət üçün təşəkkür edib.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə sonuncu dəfə iki il bundan öncə görüşdüyünü deyib:

“Mən sizin üçün darıxmışam. Biz adətən sizinlə müntəzəm olaraq görüşürük. Bu görüşlər hər zaman mehriban, deyərdim ki, qardaşlıq atmosferində keçir. Bu müddət ərzində bir-birimizə qarşı inamlı atmosfer yaranıb. Bu çox vacibdir. Çünki biz sizinlə sadə olmayan məsələləri müzakirə edirik.
 

Bu məsələ dini liderlərin görüşünün gündəliyində dayanır. 30 il ərzində, tanışlığımız dövründə elə bir hal, elə bir mövzu olmayıb ki, bizi ayırsın, gərginlik yaratsın. Biz həqiqətən də hər zaman müzakirə etdiyimiz məsələlərin həllini axtarıb tapmışıq, tapırıq və tapacağıq”.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiyaya səfəri başlayıb.

Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.

Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO