Moderator.az məlumatına görə, prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün dünən Rusiyaya gediblər.
Qış Olimpiya Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. Oyunlar fevralın 23-də yekunlaşacaq.
ANS PRESS-in “qafqazinfo”ya istinadla verdiyi məlumata görə, səfərdə prezidenti kürəkəni Səməd Qurbanov da müşayiət edib.












































































































