Ərdoğan Soçi görüşünə hansı təkliflə gəlir? - Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Ərdoğan Soçi görüşünə hansı təkliflə gəlir? - Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA 

39283

“Putin və Ərdoğanın daha əvvəlki görüşlərindən də məlumdur ki, bu iki qlobal siyasətçi bir-birinin önündə açıq və səmimidirlər. Onların görüşlərində həmişə qarşılıqlı narazılıqlar olur və mübahisəli məqamları nümayişkaranə dilə gətirirlər. Və bütün bunlardan sonra məsələlərin həlli üçün “kompromiss” axtarırlar. Hər halda təkbətək, göz-gözə görüşlərin hamısında belə olub” deyən rusiyalı politoloq Oleq Kuznetsov onu da qeyd edib ki, bu atmosfer hətta Suriya böhranında da nəzərə çarpıb.

Bizim.Media-ya özəl açıqlamasında Rusiyanın tanınmış tarixçi və qafqazşünası Oleq Kuznetsov bildirib ki, son 10 ildə Rusiya-Türkiyə münasibətləri “yelləncək” təsiri bağışlayır. 

Suriya səmasında vurulan Rusiya qırıcısı da hamının yadındadır. Bu olay ölkələr arasında krizisə səbəb oldu:

“Xatırlayırıq ki, 5 il öncə Putin Ərdoğanı Türkiyədə hazırlanan dövlət çevrilişi barədə xəbərdar etmişdi. Bilirik ki, 2017-ci ildə Rusiyanın Türkiyədəki səfiri qətlə yetirilib və həmin vaxt bu insident də böyük neqativ dalğaya səbəb olub. Ardınca Rusiya və Türkiyə hərbçiləri arasında Suriyada gərginlik yaşanıb. Amma bütün bu problemlər Putin və Ərdoğanın birbaşa və açıq dialoqu ilə həllini tapırdı. Nəticədə, 2019-cu ildə Suriyanın şimal-şərqində hər iki ölkənin hərbçiləri birgə patrul reallaşdırmağa başladılar. Bu isə həm də ABŞ silahlılarına müqavimət deməkdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Erməniləri tarakana oxşadan Oleq Kuznetsov FTB-yə də söz atdı - FOTOFAKT


O ki qaldı bugünkü görüşə:

“Düşünürəm ki, Soçi görüşündə ilk növbədə elan olunan gündəm (Suriya) müzakirə olunacaq. Narazılıqlar bəllidir; Türkiyə Rusiyanı kürdləri dəstəkləməkdə ittiham edir və onların silahlı qruplaşmalarını Türkiyə-Suriya sərhədindən 30 kilometr kənarda yerləşdirməsini təmin etməməkdə günahlandırır. Rusiya isə Türkiyəni İdlib və Hələbdə türkmənlərdən (türkman) ibarət demokratik gücləri dəstəkləməkdə suçlayır.
 

Faktiki olaraq, bu o deməkdir ki, ölkələr 3-cü dövlətin ərazisində millətlərarası (etnik) konfliktə cəlb olunur. Rusiya və Türkiyə qeyd olunan bu problemi hansı yolla olursa-olsun nizamlamalıdır. Putin və Ərdoğan bunu çox gözəl anlayırlar. Situasiya qaynama nöqtəsinə çatmayıb, ancaq yaxındır. 


Bugünkü görüş isə yetişib. İki liderin dialoqu ölkələrarası əlaqələrin normallaşdırılmasına xidmət etməlidir”.

Kuznetsovun sözlərinə görə, Putin və Ərdoğan işgüzar insandırlar deyə onların müzakirələri Suriya ilə çərçivələnməyəcək. Qarabağ məsələsinə də toxunulacaq:

“Cənubi Qafqazdakı durum barədə geniş söhbətin olacağını sanmıram. Düşünürəm ki, bu mövzu iki prezidentin ayrıca fikir mübadiləsini tələb edir. Onlar indi buna hazır deyillər. Hər iki ölkə üçün daha aktual müzakirə predmetləri Suriya ilə bağlıdır. Amma yəqin ki, tərəflərdən biri Qarabağda postmüharibə məsələlərini ağlında saxlayır və bunu əlavə “kozır” kimi istifadə edə bilər ki, opponentini Suriya mövzusunda zəif düşürtsün. Soçi görüşündə Qarabağ mövzusunun dominantlığına inanmıram. 

Çünki Qarabağ məsələsində ciddi fikir ayrılıqları görmürəm. Türkiyənin mövqeyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdirsə, Moskva da bütün Qarabağın Bakının yurisdiksiyasına keçidinə etiraz etmir. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb və bu, gələcəkdə də davam edəcək.
 

Buna rəğmən bəzi texniki məsələlər mövcuddur ki, razılaşdırılmasa da onları dəqiqləşdirmək lazımdır. Ağdamdakı Birgə Monitorinq Mərkəzi çərçivəsində Rusiya və Türkiyənin hərbi-siyasi əməkdaşlığı yüksək səviyyədədir”. 


Oleq Kuznetsov sonda bildirdi ki, Rusiya və Türkiyənin Qarabağla bağlı hərbi-siyasi əməkdaşlığı Kreml və Ankaranın Suriyadakı gərginliklərini də yoluna qoya bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO