Minsk qrupunun həmsədrləri: “Növbəti sammitə hazırlıq planlaşdırılır”

Minsk qrupunun həmsədrləri: “Növbəti sammitə hazırlıq planlaşdırılır”

Hazırda oxunan: Minsk qrupunun həmsədrləri: “Növbəti sammitə hazırlıq planlaşdırılır”
38569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da bölgəyə səfər ediblər. APA-nın məlumatına görə, bununla bağlı press-relizdə qeyd olunur ki, həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, dekabrın 16-da Yerevanda Ermənistan prezidenti Serj Sərkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər:

- Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş görüşünün yekunlarını müzakirə ediblər. Onlar bu konkret danışıqlara əsaslanaraq 2014-cü ilin yanvar ayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.

Həmsədrlər qeyd ediblər ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava yaratmaq üçün çalışmağa çağırıblar.

Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə səfər edəcəklər. Bundan sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və növbəti sammitə hazırlıq planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO