
- A-
- A
- A+
Siyasət
14:55 / 10.12.2013
1 dəq oxunma
Ermənistan Türkiyəyə “yol xəritəsi” təqdim edib?
Hazırda oxunan:
Ermənistan Türkiyəyə “yol xəritəsi” təqdim edib?
38043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistan iki ölkə arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutan “yol xəritəsi” hazırlayıb və onu 10 gün öncə qapalı kanalla şəxsən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna göndərib. Musavat.com-un məlumatına görə, bu barədə erməni qəzeti “Aravot” Türkiyə XİN-dəki mənbəyə istinadən xəbər yaydığını iddia edib.
Mənbənin bildirdiyinə görə, sənəd üç konkret təklifdən ibarətdir: 1. Türkiyə rəsmən “soyqırım” faktını və məsuliyyətini etiraf edir və dünya erməniliyindən üzr istəyir. 2. Dərhal Ermənistanla sərhədləri açır və İrəvanla diplomatik münasibətləri bərpa edir. 3. Yalnız bundan sonra Qarabağ məsələsinin dinc yolla həllində Türkiyə vasitəçi qismində çıxış eləmək imkanı qazanır.
Qəzetin iddiasına görə, dekabrın 12-də İrəvana səfər edəcək Davudoğlu təqdim edilən “yol xəritəsi” ilə bağlı rəsmi Ankaranın mövqeyini erməni həmkarı Edvard Nalbəndyanın diqqətinə çatdırmalıdır.
Əlavə edək ki, dünən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Türkiyə XİN rəhbərinin Ermənistana gözlənilən səfərlə bağlı belə bir ifadə işlədib: “Əgər Türkiyə səmimidirsə, o zaman Əhməd Davudoğlu İrəvanda öncə “genosid” abidəsini ziyarət eləsin”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































