Həsən Ruhani Azərbaycanda səfərdə olubmuş

Həsən Ruhani Azərbaycanda səfərdə olubmuş

Hazırda oxunan: Həsən Ruhani Azərbaycanda səfərdə olubmuş

37272
“İranın indiki prezidenti Həsən Ruhani 20 ildən çox Ali Təhlükəsizlik Şurasının üzvü olub və qonşu ölkələri çox yaxşı tanıyır. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfərdə olub. Rəsmi Tehran Azərbaycanla dostluğunun davamlı olacağını düşünür”.
 Moderator.az-ın  məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında H.Ruhaninin qonşu ölkələrlə, xüsusilə Azərbaycanla bağlı siyasətinin necə olacağı haqda sualı cavablandırarkən bildirib.
 Səfir vurğulayıb ki, H.Ruhaninin xarici siyasətinin əsas prinsipi qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılmasıdır: “Qonşular arasında bizim ən çox oxşarlıqlarımız Azərbaycanladır. Ölkələrimiz arasında dostluğumuz daimidir. Zənnimcə, Həsən Ruhaninin prezidentliyi dövründə də iki ölkənin əlaqələri daha da inkişaf edəcək”.
 
H.Ruhaninin Azərbaycana səfərinin mümkünlüyü ilə bağlı danışan Möhsün Pak Ayin deyib ki, İran prezidenti bütün dost ölkələrə səfər edəcək, lakin Azərbaycana səfərin dəqiq tarixi hələlik bilinmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO