Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

Hazırda oxunan: Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

622026

Bakının Nizami rayonunda, xalq arasında "8-ci kilometr bazarı" kimi tanınan ərazidə çalışan ticarətçilər ciddi problemlə üzləşiblər. Onlar uzun illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmaları səbəbi ilə narazılıqlarını bildirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
 

Ticarətçilərin sözlərinə görə, 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar. Lakin son vaxtlar aidiyyəti qurumlar tərəfindən onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satıcılar iş yerlərinin bağlanmasına etiraz edərək, alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib. O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO