Yeni təyin olunan icra başçıları KİMLƏRDİR? - DOSYE 

Hazırda oxunan: Yeni təyin olunan icra başçıları KİMLƏRDİR? - DOSYE 

36890

Prezident İlham Əliyev bu gün Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçısı təyin edib.

Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinə, Rəşad Ənvər oğlu Tağıyev isə Şəmkirə icra başçısı gətirilib. 

Bizim.Media yeni icra başçılarının dosyelərini təqdim edir:  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Cəlilabada yeni icra başçısı TƏYİN ETDİ


Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.  

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var.  

Rafiq Cəlilov isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinidir.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirə yeni icra başçısı təyin edildi – PREZİDENTDƏN SƏRƏNCAM 


O, 1963-cü ilin yanvarın 13-də anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.


Prezidentin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. 

Həmçinin ölkə başçısının 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO