Bu görüş nəyi həll edəcək?

Bu görüş nəyi həll edəcək?

Hazırda oxunan: Bu görüş nəyi həll edəcək?

36258

“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilin sonuna planlaşdırılır” , - bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə  görüşündən sonra deyib. 

Rusiyalı həmsədr bildirib ki, noyabrın 4-də Azərbaycan prezidenti ilə keçirdikləri görüşdə müzakirə olunan məsələlərdən biri də məhz prezidentlərin görüşü məsələsi olub.

Popov deyib ki, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə belə bir görüşün keçirilməsinə razılıq verib. Popov deyib: “Həmsədrlər bu gün Yerevana  yola düşəcək. Orada bu məsələ Ermənistan prezidenti Serj Sarkisianla müzakirə olunacaq. Müzakirədən sonra  rəsmi bəyanat yayılacaq. Biz ümid edirik ki, görüş ilin sonunadək keçirilə bilər”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri Bakıdan başlanıb.  Səfərdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdırmaqdır.

Səfər ərəfəsi Minsk qrupunun amerikalı həmsədri James Warlick  Turan informasiya agentliyinə demişdi ki,  “Qarabağ probleminin nizamlanmasında həlledici amil Serj Sarkisianla İlham Əliyevin siyasi iradə göstərməsidir”.

Keçmiş Dövlət Müşaviri Vəfa Quluzadə isə deyir: “Mən bu fikirlə heç cür razılaşa bilmərəm. Hazırda Cənubi Qafqazda vəziyyətlə əlaqədar böyük dövlətlərin mövqeyi həlledicidir... Rusiyanın mövqeyi...."

Azadlıq Radiosu: Bəs prezidentlərin iradəsindən nə asılıdır?

Vəfa Qulzadə: "Heç nə... Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ola bilər. Ancaq Ermənistan prezidentinin, tarix sübut edib ki, bu məsələdə siyasi iradəsi ola bilməz. Çünki onun siyasi iradəsinin yerinə Rusiyanın siyasi iradəsidir ortalıqda. Mən həmişə yada salıram, bir də xatırladım. 1992-ci ildə İranın vasitəçiliyi ilə Tehranda o vaxt  Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədovla Ermənistan prezidenti Levon Ter-Petrosian Qarabağ münaqişəsinin dinc yolla həlli barədə saziş  imzaladı. Bundan bir neçə saat sonra erməni birləşmələri Şuşanı işğal etdi. Bu necə ola bilər? Prezidentin öz ordusundan xəbəri yoxdur... Bu, ondan xəbər verir. Rusiyanın isə xəbəri var."    

Azadlıq Radiosu: Warlick  Turan informasiya agentliyinin müxbiri ilə Corctaun Universitetində konfrans başa çatandan sonra söhbət edib. ABŞ-ın, Rusiyanın və İranın Cənubi Qafqazdakı siyasətləri haqda konfransda  Warlick də çıxış edib və Qarabağ məsələsinə toxunub.  O deyib ki, “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Onu yaddan çıxmış münaqişə adlandırmaq daha düzgün olardı”.Qarabağ münaqişəsi yaddan çıxıbmı?

Vəfa Quluzadə: “Yaddan çıxıb-eləməyib.  Bu münaqişəni ABŞ gec-tez həll edəcək. Amma ABŞ hələlik bunda maraqlı deyil. O ki qaldı Rusiyaya, Rusiya da maraqlı deyil. Çünki Rusiya Ermənistanı və Azərbaycanı təzyiqiq altında saxlamaq istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO