Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi: “Hər kəsin mirasını qorumaq hüquqi var”

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi: “Hər kəsin mirasını qorumaq hüquqi var”

Hazırda oxunan: Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi: “Hər kəsin mirasını qorumaq hüquqi var”

3580

“Ermənistan tərəfindən 44 günlük müharibə zamanı infrastruktur, habelə döyüş bölgələrindən xeyli kənar kəndlərdə minlərlə ev və yaşayış binası zərər görüb. Bundan başqa 1949-cu il Cenevrə Konvensiyasının birbaşa pozulması nəticəsində onlarla kişi, qadın və uşaq həyatını itirib. Bu erməni hücumcularının birbaşa hədəfi idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Ayaz Qocayev türk jurnalistinə verdiyi müsahibəsində deyib.

Ermənilərin qəsdən münaqişə zonasından uzaq şəhərləri hədəf almalarını bildiriən A.Qocayev bu ərazilərin Azərbaycanın zəngin tarixi irsinə sahib olan sıx məskunlaşmış ərazilər olduğunu da qeyd edib.

"Torpaqlarımızı azad etməklə ermənilərin bizim tarixi adlarımızı dəyişdirməyi, tarixi və mədəni irsimizi məhv etməklərinin qarşısını aldıq''.

''Hər kəsin mirasını qorumaq hüquqi var. Biz bunu həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda etməyə davam edəcəyik. Erməni qüvvələri BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı ərazilərimizi işğal edərək, on minlərlə insanı qətlə yetirib. Bununla da ermənilər həmin ərazilərdə etnik təmizləmələr aparıb. Mədəni və tarixi irsimiz də talan edilib", - deyə o, vurğulayıb.

Ayfər Nizaməddin, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO