Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşdü - FOTO

Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşdü - FOTO

Hazırda oxunan: Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşdü - FOTO
31045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Medianın İnkişafı Agentliyində Azərbaycanda səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl-Hacc ilə görüş keçirilib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

O, Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları:

Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda keçirilən təlim proqramının əhəmiyyətini qeyd edib.

Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl – Hacc isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib.

Bizim.Media

Əhməd İsmayılov Əl-Cəzirənin nümayəndəsi ilə görüşdü - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO