Çin Qarabağa gələcəkmi? – Qərar verildi - ŞƏRH

Hazırda oxunan: Çin Qarabağa gələcəkmi? – Qərar verildi - ŞƏRH

29212

Qarabağ münaqişəsinin sona çatdığı gündən etibarən əsas müzakirə mövzusu işaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasının həyata keçirilməsidir. Hazırda bu istiqamətdə Azərbaycan tərəfi mümkün olan fəaliyyət sahələri üzrə yenidənqurma və bərpa işlərini həyata keçirir.

Lakin regionda əsas məsələ iqtisadi potensialı bərpa etməklə yanaşı, həm də dayanıqlı sülhün təmin olmasına nail olmaqdır. 

Uzun perspektivdə dayanıqlı sülhə nail olmadan bölgədə ciddi iqtisadi yüksəlişə nail olmaq və əldə olunan nəticəni qoruyub saxlamaq mümkün görünmür. Bu proses bölgədə Azərbaycan və Ermənistanla yanaşı maraqlı xarici investorların - Qərbin, xüsusilə də Çinin, cəlb olunmasını şərtləndirir. 
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının Qarabağ PLANI – PƏRDƏARXASI məqamlar


Yüksək inkişaf tempinə malik olan Çin iqtisadiyyatı üçün yeni xarici bazarların əldə olunması məsələsi həyati əhəmiyyətə malikdir. Çin iqtisadiyyatı üçün Cənubi Qafqaz regionu bir neçə istiqamətdə xüsusi önəmə malikdir:

İlk öncə Cənubi Qafqaz digər bir çox region kimi Çin məhsulları üçün əsas satış bazarı rolu oynayır. 2020-ci ilə qədər Qarabağ münaqişəsinin davam etməsi Çinin Cənubi Qafqazda rahat şəkildə daxil olmasının qarşısını alan əsas amil idi.

Çünki Azərbaycan və ya Ermənistanla Çin arasında qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi iki tərəfdən birinin sərt reaksiyası ilə nəticələnə bilərdi. Bu baxımdan iki ölkə arasında davam edən münaqişə Çini hər iki dövlətlə məhdud dərəcədə əməkdaşlıq etməyə məcbur edirdi. Hazırda isə bu münasibətləri daha da inkişaf etdirmək üçün ən uyğun zamandır.

İkinci amil isə Cənubi Qafqazın Çin iqtisadiyyatına çox böyük təkan verə biləcək dəhliz rolu oynamasıdır. Qeyd edək ki, Çinin ixrac potensialı əsasən Avropa bazarı üzərinə qurulub. Bu baxımdan Avropa bazarına maneəsiz və daha ucuz çıxış imkanı Çinin hədəflədiyi iqtisadi inkişaf səviyyəsinə çatması üçün olduqca əhəmiyyətlidir. 

Hazırda Çin məhsullarının Avropa bazarına çıxışında əsas yeri dəniz nəqliyyatı təşkil edir. Lakin önəmli dəniz limanları və boğazlarda yaranan münaqişəli vəziyyət, dəniz quldurlarının fəaliyyəti bu prosesə mane olur.

Yük daşımaların təhlükəsizliyini təmin etmək üçün Çin Qırmızı dənizdə və digər strateji nöqtələrdə hərbi baza yaratmağa məcbur olur. Bu isə öz növbəsində Çini fərqli dövlətlərlə geosiyasi və hərbi toqquşmalara cəlb etməklə yanaşı, həm də olduqca böyük xərclərə başa gəlir.

Avropa bazarına quru yolu ilə tranzitin həyata keçirilməsi isə Çin üçün mümkün riskləri olduqca azaltmağa imkan verir. Çin son onillikdə ciddi şəkildə Avropaya çıxış imkanı təmin edən “İpək yolu” istiqamətində fəaliyyətlərini gücləndirir.

Bu baxımdan Cənubi Qafqaz regionu da Avropaya açılan dəhliz olması səbəbi ilə olduqca əhəmiyyətlidir.

Çünki şimalda Rusiya, cənubda isə İranın Qərblə münasibətlərinin qənətbəxş olmaması bu ölkələrin mühüm iqtisadi dəhliz rolunu oynamaq şanslarını xeyli azaldır. 
 

Bu amilləri nəzərə alaraq Qarabağın yenidən qurulması və bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsində Çinin aktiv fəaliyyəti gözləniləndir. Çünki Zəngəzur dəhlizinin açılması Çinin Avropaya birbaşa çıxışını təmin edə bilər.


Digər tərəfdən Qərbin Cənubi Qafqazdakı maraqları Çinin də bölgədə təmsil olunması ehtimalını şərtləndirir. Cənubi Qafqaz regionuna xarici investor qismində Çinin cəlb olunması yeni iqtisadi maraqlar da yaratdacağı üçün bu proses regionda davamlı sülhə və iqtisadi inkişafa təkan verəcək.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO