Azərbaycandakı kor ermənilər də birləşdi...  - Yenə özümüzü görməzliyə qoyaq? + FOTO

Azərbaycandakı kor ermənilər də birləşdi... - Yenə özümüzü görməzliyə qoyaq? + FOTO

Hazırda oxunan: Azərbaycandakı kor ermənilər də birləşdi... - Yenə özümüzü görməzliyə qoyaq? + FOTO

238256
Bizlərsə saxta “uzaqgörənliyimiz”, mənəvi korluğumuz, karlığımız, lallığımız hesabınaxa0 yurdlarımızın yalnız foto və videolarını görürük... Əgər yaddaşımız da koralmayıbsa...

28-ci ildir ayağımız dəyməyən Xankəndi adlı şəhərimizdə kor ermənilər bir yerə toplanıb növbədənkənar qurultay keçirib.xa0

Moderator.az yazır ki, bu haqda separatçı erməni nəşrləri xəbər yayıb. “Artsax korlar cəmiyyəti” adlanan və faktiki olaraq işğal altındakı Azərbaycan torpaqlarında yaşayan kor ermənilərin birliyinin yaradılmasına xidmət edən qurumun qurulayındaxa0 müxtəlif məsələlərin müzakirəsindən sonra yeni sədr seçilib. “Ombudmen aparatının departament rəhbəri” Artak Beqlaryan yekdilliklə bu vəzifəyə layiq görülüb.
P.S. Torpaqlarımızdakı kor ermənilər fiziki baxımdan görməsələr də, faktiki olaraq o yurdlarda nəfəs alır, su içir, hərəkət edir, daşımızla-qumumuzla, gül-çiçəklərimizlə təmasda olurlar. Bizim milyonlarla görənlərimizin isəxa0 Qarabağın bir çiçək tozuna belə toxunmaq imkanı yoxdur. Bu da yalançı “uzaqgörənliyimiz”in, mənən korluğumuzun, karlığımızın, lallığımızın hesabınadır... Yaddaşı koralmayanlarımızxa0 öz yurdlarınıxa0 yalnızxa0 foto və videolarda görür... Yenə özümüzü görməzliyə qoyaq, nə deyirsiz?..

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO