Prezident: “Türkiyənin iştirakı döyüşdəki vəziyyətdən asılı olacaq”

Prezident: “Türkiyənin iştirakı döyüşdəki vəziyyətdən asılı olacaq”

Hazırda oxunan: Prezident: “Türkiyənin iştirakı döyüşdəki vəziyyətdən asılı olacaq”

2309

“Hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir”.

Bizim.Media-nın xəbərinə görə bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BBC-yə müsahibəsi zamanı söyləyib.

Jurnalistin “Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi?” sualına İlham Əliyev:

“Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq”- cavabını verib.

Prezident diqqətə çatdırıb ki, bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq:

“Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq.

Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”-deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO