Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi - FOTO

Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi - FOTO

Hazırda oxunan: Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi - FOTO
220372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Prezidentinin xanımı, əziz dostum Mehriban Əliyevanın ev sahibliyi ilə Bakıda keçirilən “İqlim Hərəkatının Gənclər Proqramı”nda liderlərin xanımları ilə görüşdük. Daha yaxşı bir dünya üçün ən böyük təminatımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində hazırladıqları layihə haqqında təqdimatlarını dinlədik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşımında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib - FOTO


Türkiyənin birinci xanımı qeyd edib ki, görüş çərçivəsində sıfır tullantı layihəsi ətrafında aparılan işləri paylaşıb:

“Qlobal Sıfır Tullantı hərəkatı bizə dünyamızı bizdən sonrakı nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü bir dəvətdir. Bu dəvətdə iştirak edən, Qlobal Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayan və "ZeroWaste" ailəsinə qoşulan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, gənclərin rəhbərliyi altında təmiz və davamlı gələcəyə doğru birlikdə irəliləyəcəyik".

Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi - FOTO - foto 1
Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi - FOTO - foto 2
Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi - FOTO - foto 3

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO