Allahşükür Paşazadə Portuqaliya və Braziliyaya səfər edəcək

Allahşükür Paşazadə Portuqaliya və Braziliyaya səfər edəcək

Hazırda oxunan: Allahşükür Paşazadə Portuqaliya və Braziliyaya səfər edəcək
206879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şeyxülislam Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.

Avqustun 18-də isə A.Paşazadə Braziliyaya səfər edəcək. Şeyxülislam səfər zamanı avqustun 19-22-də Braziliyanın paytaxtı Brazilia şəhərində keçiriləcək “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda G20 Dinlərarası Forumunda iştirak edəcək. QMİ sədri dini müstəvidə olan qlobal debatlarda çıxış edəcək.

Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri G20 çərçivəsində keçirilən dinlərarası forumların daimi iştirakçısıdır və bu günədək baş tutmuş Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində müxtəlif mövzularda çıxışlar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO