Qırğızıstanın nümayəndə heyəti “ASAN xidmət”də - FOTO

Qırğızıstanın nümayəndə heyəti “ASAN xidmət”də - FOTO

Hazırda oxunan: Qırğızıstanın nümayəndə heyəti “ASAN xidmət”də - FOTO
203626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 25-də Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun rəhbərlik etdiyi müxtəlif qurumların məsul şəxslərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, qurumun sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”in yaradılmasının məqsədləri, onun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü diqqətə çatdırılıb.
Görüş zamanı Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Həmçinin müvafiq sənədin icrası çərçivəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə birgə fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və dövlət xidmətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO