SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO

SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO
203419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.
Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

"Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib. Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub".

Məlumatda vurğulanıb ki, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 1
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 2
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 3
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 4
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 5
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 6
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO