Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib - FOTO

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib - FOTO

Hazırda oxunan: Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib - FOTO

191177

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, dünya təşkilatının siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Neto BMT-nin İnkişaf Proqramının COP29-un uğurla keçirilməsinin təmin edilməsində Azərbaycana yardım etmək öhdəliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, BMT baş katibinin köməkçisi eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüb.
Bundan başqa, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO