Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Hazırda oxunan: Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

189999

Mayın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Moldova Respublikası Parlamentinin İqtisadiyyat, büdcə və maliyyə komitəsinin sədri Radu Marian ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan-Moldova münasibətlərindən bəhs edilib, dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi üçün əsaslı hüquqi baza yaratdığı qeyd olunub. 

Görüşdə parlamentlərimiz arasında əlaqələr də uğurla inkişaf edir və qanunvericilik sahəsində təcrübə mübadiləsinin önəmli olduğu, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların, habelə deputatların parlamentlərarası qurumlarda və beynəlxalq təşkilatlarda əməkdaşlığının mühüm əhəmiyyət daşıdığı bildirilib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO