Pakistanın hərbi təhsil üzrə nümayəndələri Milli Müdafiə Universitetində - FOTO

Pakistanın hərbi təhsil üzrə nümayəndələri Milli Müdafiə Universitetində - FOTO

Hazırda oxunan: Pakistanın hərbi təhsil üzrə nümayəndələri Milli Müdafiə Universitetində - FOTO

189319

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrup dinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini ziyarət ediblər.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.

Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO