İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB - FOTO

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB - FOTO

Hazırda oxunan: İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB - FOTO
188960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov “X” sosial şəbəkəsindəki hesabında yazıb. 

Diplomat qeyd edib ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə Baş müşaviri Maqdalena Qrono ilə görüşü olub: “Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərlə bağlı geniş müzakirələrə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə Baş müşaviri Maqdalena Qronoya təşəkkür edirəm. Bu görüş çərçivəsində mən dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət məktubunu çatdırmaq şərəfinə nail oldum”. 


İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB - FOTO - foto 1

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO