Zəngəzur koridoru açılır... - Hadisələrin TƏHLİLİ

Hazırda oxunan: Zəngəzur koridoru açılır... - Hadisələrin TƏHLİLİ

18806

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq".

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər Ermənistanda cərəyan edən proseslərə təsir edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Gürcüstanın Azərbaycana xəyanətinin mütləq cavabı verilməlidir” - Fazil Mustafa 


Daha doğrusu, Azərbaycan liderinin çıxışı Paşinyan hökumətinin gələcək fəaliyyətini müəyyənləşdirib. 

Bakıdan Zəngəzur anonsu və İrəvanın Sünik səfəri...

2020-ci ilin dekabrında Zəngəzura buraxılmayan və pərt olub geri qayıdan Nikol nəyin bahasına olursa olsun, yenidən həmin regiona səfər etdi. Avtomobili daşqalaq olsa da, ermənilər tərəfindən qarşısı alınsa da, Nikolun səfəri baş tutdu. Bu səfərin siyasi yozumları da müxtəlifdir.

Belə ki, bəziləri bu səfərləri Ermənistanın müxtəlif hissələrində (əsasən Sünik) Paşinyanın itmiş nüfuzunu bərpa etmək istəyi ilə əlaqələndirirlər.
 

Digər politoloqlar da iddia edir ki, Nikol Ermənistanın parçalanması və Zəngəzurun əldən çıxmasından qorxur. Zəngəzurun Ermənistanın tərkibindən çıxması barədə də müxtəlif mülahizələr var.


Versiyalardan biri, həmin ərazinin Azərbaycana verilməsidir və bu, İrəvanın Bakıya ödəməli olduğu təzminat müqabilində baş verəcək. Müəyyən rus və erməni siyasi icmalçıların düşüncəsi isə tam fərqlidir. Həmin ekspertlər Moskvanın gözündə Dağlıq Qarabağı Donbass kimi görürlər. Bu qəlibdən olan mütəxəssislərin fikrincə, Dağlıq Qarabağ və Zəngəzur 3 ölkənin qismən nəzarət etdiyi muxtariyyətə çevrilə bilər. Onlar 3 dövlət dedikdə, Azərbaycan, Rusiya və Ermənistanı nəzərdə tuturlar. 

Reallıq isə başqa söz deyir...

Həqiqət ondan ibarətdir ki, rəsmi Bakı xalqın 101 il öncə Azərbaycandan alınan Zəngəzura qayıdacağının anonsunu verib. Bunun üçün isə, Mehri dəhlizinin açılması şərtdir. Bu şərt üçtərəfli bəyanatda da yer alıb. Yəni, Nikol Paşinyanın Zəngəzur səfəri çərçivəsində yarısı Qubadlıya düşən Şurnuxu kəndinə gəlməsi də təsadüfi deyildi. Görünür, Paşinyan 44 günlük savaş ərzində Prezident İlham Əliyevin “bizim torpağımızdan öz xoşunuzla rədd olun” xəbərdarlığını qulağına sırğa edib.

Bu sözlərin Zəngəzura da aid olunması Ermənistan rəhbərliyini narahat edib və hazırda onlar ən optimal çıxış yolunu Zəngəzur koridorunun açılmasında görürlər.

Hər halda İrəvan Zəngəzuru bütünlüklə Azərbaycana qaytarmaqdansa, Bakı-Naxçıvan-Ankara dəhlizini seçər.

O ki qaldı, Nikol Paşinyanın Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfinin sərhəd təxribatlarına, Rusiya hərbçiləri ermənilərin içkili olduğunu deyərək hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

Xatırladaq ki, aprelin 21-i axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.
 

Bununla yanaşı, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirib.


Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda ən kəskin cavab tədbirləri görüləcək.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO