Zaxarova:

Zaxarova: "Bakı ilə İrəvan arasında ərazi mübahisələri diplomatik yolla həll edilməlidir"

Hazırda oxunan: Zaxarova: "Bakı ilə İrəvan arasında ərazi mübahisələri diplomatik yolla həll edilməlidir"

185484

Bakı ilə İrəvan arasında ərazi mübahisələri və qarşılıqlı iddialar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində siyasi və diplomatik üsullarla həll edilməlidir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.

“Biz də buna hər cür kömək göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli mexanizmlərin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb.

Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə, səmərəliyini sübuta yetirmiş formatlar çərçivəsində təmasları bərpa etməyə çağırırıq. Rusiyanın yardımı ilə bu formatlar çərçivəsində ən çətin məsələlərin həlli yolları effektiv şəkildə axtarılıb. Buraya sərhədlərin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının açılması, sülh sazişinin hazırlanması daxildir”, - o vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO