Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Hazırda oxunan: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib
180559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyanla görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb.

“Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu olduğu qeyd edilib.

“ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Tərəflər bərpa olunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO