Azərbaycanlı köçkünlər Qarabağa 2022-ci ildə qaytarılacaq - “Alarabia” 

Azərbaycanlı köçkünlər Qarabağa 2022-ci ildə qaytarılacaq - “Alarabia” 

Hazırda oxunan: Azərbaycanlı köçkünlər Qarabağa 2022-ci ildə qaytarılacaq - “Alarabia” 

17890

Nüfuzlu “Alarabia” telekanalının saytında “Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq” sərlövhəli məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə 2022-ci ildə azərbaycanlı köçkünlərin erməni separatçılarından azad edilmiş Dağlıq Qarabağ və ətraf rayonlara qaytarılacağı qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi qənimətlər parkına sivil dünyadan baxış – Fransa, İspaniya, Avstriya təcrübəsi - FOTOLAR


Yazıda diqqətə çatdırılıb ki, 1990-cı illərdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayondan 750 mindən çox insan öz evlərindən didərgin düşüb.

Ötən ilin sentyabrında yenidən alovlanmış müharibə altı həftə davam edib və Rusiyanın vasitəçiliyi ilə atəşkəslə nəticələnib.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü köçkünlərin gələn ildən başlayaraq mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə qaytarılacağını bəyan edib.

O qeyd edib ki, artıq torpaqların minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası həyata keçirilir.

Azərbaycan Prezidenti Cənubi Qafqazda sabitliyə həsr edilmiş beynəlxalq konfransda çıxışında vurğulayıb ki, köçkünlərin qaytarılmasında əsas maneə minalanmış ərazilərin xəritələrini Ermənistanın Bakıya təqdim etməməsidir.

Prezident İlham Əliyev əlavə edib ki, atəşkəsdən sonra 20-dən çox azərbaycanlı mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olub.

Eyni zamanda, Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan müharibə nəticəsində dağıdılmış ərazilərin bərpasına milyardlarla dollar vəsait xərcləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO