İƏT-in Baş katibi: “Hər dəfə Bakıya gələndə inkişafın şahidi oluram”

İƏT-in Baş katibi: “Hər dəfə Bakıya gələndə inkişafın şahidi oluram”

Hazırda oxunan: İƏT-in Baş katibi: “Hər dəfə Bakıya gələndə inkişafın şahidi oluram”

17256

“Cənab Prezident, Sizi təbrik etmək istəyirəm, çünki hər dəfə Bakıya səfərə gələndə, hər tərəfdə yenilik və inkişafın şahidi oluram, şəhər sonuncu dəfə gördüyümdən daha fərqli olur".

"Əminəm ki, bütün bu inkişafın, tərəqqinin və gərgin işin arxasında Siz dayanmısınız və bu, hər bir azərbaycanlının istəyidir”

Bizim.Media xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymi bu gün Prezident  İlham Əliyevlə görüşündə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Bizim atdığımız addımlar haqq işi idi”


İƏT-in Baş katibi Qələbə münasibəti ilə İlham Əliyevi təbrik edib:

“Bu yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram".

"Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi".

"Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO