Bolqarıstan Prezidenti: “İlham Əliyev sübut etdi ki, Bakı bütün anlaşmalara ciddi yanaşır”

Bolqarıstan Prezidenti: “İlham Əliyev sübut etdi ki, Bakı bütün anlaşmalara ciddi yanaşır”

Hazırda oxunan: Bolqarıstan Prezidenti: “İlham Əliyev sübut etdi ki, Bakı bütün anlaşmalara ciddi yanaşır”

168394

"Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz elə bu cür də çalışmağa davam edəcəyik".

Bizim.Media xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü olub - FOTO


"İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər.

Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. 

Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu”, - R.Radev bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO