Müdafiə sənayesi naziri təyin olunan Vüqar Mustafayev KİMDİR? – DOSYE  

Müdafiə sənayesi naziri təyin olunan Vüqar Mustafayev KİMDİR? – DOSYE  

Hazırda oxunan: Müdafiə sənayesi naziri təyin olunan Vüqar Mustafayev KİMDİR? – DOSYE  

164920

Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib. Azərbaycan Prezidentinin digər sərəncamları ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub. 

Bizim.Media yeni təyin olunan nazirin dosyesini təqdim edir: 

 


MÖVZU İLƏ BAĞLI:

Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edildi - SƏRƏNCAM 



Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib. 

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub. 

O, 2023-cü ilin martında Prezidentin sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub. 

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO